Pakistanın Heydərabad şəhərində yerləşən fişəng istehsalı müəssisəsində baş verən partlayış nəticəsində ən azı yeddi nəfər ölüb, daha yeddi nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Samaa TV" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə gələn yanğınsöndürənlər yanğını lokallaşdıra biliblər. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Fabrik binasına əhəmiyyətli ziyan dəyib.
Yerli hökumət nümayəndələrinin sözlərinə görə, partlayış çay sahilində tarlaların arasında tikilmiş qeyri-qanuni müəssisədə baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.