2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində E qrupunda Türkiyə millisi Bolqarıstan yığmasını qəbul edib.
Oxu.Az xəbər verir ki, Bursada keçirilmiş görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Matçda ilk qolu 18-ci dəqiqədə penalti zərbəsi ilə Hakan Çalhanoğlu vurub, 83-cü dəqiqədə qonaq komandanın avtoqolu qeydə alınıb.
Bu görüşdən sonra xalların sayını 12-yə çatdıran Türkiyə millisi qrupda ikinci sırada qərarlaşıb.
DÇ-2026-nın seçmə mərhələsi: Türkiyədən inamlı qələbə
DÇ-2026-nın seçmə mərhələsi: Türkiyədən inamlı qələbə