Şəkidə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində qeydə alınıb.
Qeyd olunub ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kənd ərazisində kafe işlədirmiş. 24 yaşlı Sədi Heydərov da kafeyə gəlib.
Kafedə Sədi Heydərovla Mehman Bayramov arasında mübahisə yaranıb. Mübahisə nəticəsində S.Heydərov M.Bayramovu ürəyindən bıçaqlayıb. M. Bayramov hadisə yerində dünyasını dəyişib.
Hadisədən sonra S.Heydərov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Şəkidə 50 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində qeydə alınıb. 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli