Pakistanın Turbat şəhərində magistral yolun kənarına yerləşdirilmiş kustar üsulla hazırlanmış partlayıcı qurğu avtomobillərin keçidi zamanı işə salınıb. Nəticədə üç nəfər həlak olub, bir nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Meyitlər tələb olunan məhkəmə-tibbi ekspertiza prosedurları yekunlaşdıqdan sonra ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12