Abşeron rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 1984-cü il təvəllüdlü Könül Nüsrət qızı Qurbanovanı yaşadığı evin həyətində iş görərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.