Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistanda QANLI OLAY: Silahlılar sərnişinləri avtobusdan düşürüb, güllələdilər
Pakistanın cənub-qərbində silahlı şəxslər Lahor şəhərinə gedən avtobusun qarşısını kəsərək sərnişinləri qətlə yetiriblər.
Oxu.Az AFP agentliyinə istinadən xəbər verir ki, qanlı olayı Pakistanın Bəlucistan əyalətinin rəsmisi Səadət Hüseyn də təsdiq edib.
O qeyd edib ki, hücum edən silahlılar əvvəlcə atəş açaraq, avtobusun təkərlərini partladıblar. Daha sonra sərnişinləri düşürərək onların pasportlarını tələb ediblər. Sərnişinləri yolun kənarına düzən silahlılar onlardan yeddisini qətlə yetiriblər.
Hələlik hadisənin hansı terror qruplaşması tərəfindən törədildiyi məlum deyil.
"Pakistan" teqi üzrə xəbərlər
- Pakistanın Azərbaycandakı səfiri: "Qarşımızda dayanan heç bir çətinlik keçilməz deyil"
- Pakistan səfiri Azərbaycana başsağlığı verib
- Pakistanda hərbi kolona hücum: Ölənlər və yaralılar var
- Pakistanda cümə namazında partlayış törədilib
- Pakistanda silahlıların ələ keçirdikləri qatardakı bütün girovlar azad edilib
Ən çox oxunanlar