Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistanda sərnişin mikroavtobusu dərəyə aşdı: 10-dan çox ölən, 20 yaralanan var
Pakistanda sərnişin furqonunun qəzası nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" nəşri məlumat verib.
Qeyd olunur ki, qəza ölkənin cənub-qərbində, Sind əyalətinin Camşoro bölgəsində baş verib.
"30-dan çox insanı daşıyan sərnişin furqonu sürüşərək yoldan çıxıb və dərəyə düşüb. Sərnişinlər buğda tarlalarında işlədikdən sonra evə qayıdırdılar", - məlumatda bildirilir.
Polisin məlumatına görə, ölənlər arasında dörd uşaq da var. Zərərçəkənlər ən yaxın tibb müəssisəsinə aparılıblar, lakin yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.
"Pakistan" teqi üzrə xəbərlər
- Pakistandan cavab tədbiri - Hindistanlı diplomata 24 saat vaxt verildi
- Hindistan və Pakistan arasında yeni gərginlik: 24 saat vaxt verildi
- Pakistan ölən və yaralananların sayını açıqladı
- Pakistan ordusu: "Hindistana qarşı hərbi əməliyyat başa çatdı"
- Modi Pakistanla müharibə ilə bağlı xalqa müraciət etdi