Pakistanda baş nazir Şahbaz Şərifin yaratdığı yeni federal hökumətin 19 naziri and içib.
Kabinetdəki 12 nazir portfeli Şahbaz Şərifin sədr olduğu Pakistan Müsəlman Liqası nümayəndələrinə verilib.
“İstekhkam-i-Pakistan” partiyasının nümayəndələri də hökumətdə iki nazir portfeli alıblar. Kabinetdə bir postu isə “Müttəhidə Qaumi Hərəkatı - Pakistan” partiyasının nümayəndəsi tutub.
Hakim partiyanın parlament koalisiyasındakı müttəfiqi Pakistan Xalq Partiyası Şərifin hökumətin qurulmasında iştirak təklifindən imtina edib.
Mənbə: TASS
Rəylər