Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransa yenidən təxribat törətmək istəyir? - VİDEO
Rusiya-Ukrayna münaqişəsinə indi də Fransanın birbaşa müdaxiləsi nəzərdən keçirilir.
Belə ki, Parisin Kiyevə dəstək qoşunları göndərməsi üçün hətta Avropada hərbi koalisiya qurmağa çalışdığı iddia olunub.
Görünən odur ki, Fransa Qərbdə NATO-ya və ABŞ-yə qarşı yeni güc mərkəzi formalaşdırmaq istəyir və planlarını həyata keçirmək üçün ən optimal variant kimi Ukraynanı görür.
Bəs proseslərin bu şəkildə cərəyan etməsi necə nəticələnə bilər?
Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Fransanın Ukraynaya qoşun yeridəcəyi ilə bağlı Emmanuel Makronun iddialarını daha çox təhdid kimi qəbul etmək olar:
“İndiki şəraitdə belə bir addımın atılması inandırıcı deyil. Atılacaqsa da, daha çox təxribat xarakterli addım olacaq. Müharibənin gedişatının dəyişməsinə deyil, prosesin daha da uzanmasına xidmət edəcək”.
Ətraflı Baku TV-nin süjetində: