Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pakistanın ilk cizgi filmi "Oskar"a namizəd oldu
İlk dəfə olaraq Pakistanda hazırlanmış cizgi filmi "Oskar"a namizədlər siyahısına daxil edilib.
Oxu.Az "izvestiya"ya istinadən xəbər verir ki, əllə çəkilmiş animasiya yaxınlaşan müharibə fonunda ailə daxilindəki münasibətlərdən bəhs edir.
"Şüşə üfürən" adlı ekran əsəri Pakistanın ilk tammetrajlı cizgi filmi və musiqiçi Usman Riazın rejissor debütüdür. O, animasiya üçün ilk eskizlərini hələ on il əvvəl çəkməyə başlayıb.
Animatorun sözlərinə görə, uşaqlıqdan əllə çəkilmiş animasiyaya maraq göstərib. Bu maraq onu əfsanəvi animator Hayao Miyadzaki tərəfindən qurulan Yapon animasiya studiyası "Ghibli"yə aparıb. Onu öz cizgi filmini yaratmağa ruhlandıran studiyanın veteranları olub.
Film hadisələrin harada baş verdiyini birbaşa vurğulamır, lakin xarici kino tənqidçiləri filmin Pakistanı, onun mədəni kimliyini və ənənələrini təmsil etməsi ilə razılaşırlar.
"Pakistan" teqi üzrə xəbərlər
- Səfir Ermənistan və Hindistanı birləşdirən amildən DANIŞDI
- Pakistanda ata "TikTok"dakı videosuna görə qızını güllələyərək öldürdü
- Pakistanlı baş nazirdən iddialı açıqlama: "Bizim layihəmiz iqlimi yaxşılaşdıracaq"
- Pakistan prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
- 150-dən çox cinayət işi: İmran Xana 14 il həbs cəzası kəsdilər
Rəylər