Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Pakistanın paytaxtında ən işlək magistral küçəyə Ərdoğanın adı veriləcək](https://images.oxu.az/2025/02/13/mUXtIEE4OfxuOOTtMTcDV626ItqZL8wwNKFr8msu:1200.jpg)
Pakistanın paytaxtında ən işlək magistral küçəyə Ərdoğanın adı veriləcək
Pakistan hökuməti İslamabadda magistral küçələrdən birini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə adlandırmağı planlaşdırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi öz mənbələrinə istinadən xəbər verib.
Bildirilib ki, qərar Ərdoğanın rəhbərliyi ilə Türkiyə hökumət nümayəndə heyətinin bu gün Pakistana səfəri çərçivəsində qəbul edilib.
"F-8 yol qovşağı da daxil olmaqla, avtomagistralın ən işlək hissələrindən biri Ərdoğanın şərəfinə adlandırılacaq", - deyə mənbədən vurğulanıb.
Qeyd edək ki, Türkiyə və Pakistan uzun dostluq və əməkdaşlıq tarixinə malikdir. Ölkələr beynəlxalq arenada bir-birinə dəstək verir, iqtisadi və mədəni əlaqələri inkişaf etdirirlər.
Cumhurbaşkanımız @RTErdogan'ın adının Pakistan'ın başkenti İslamabad'daki en işlek otoyol kesimlerinden birine verilmesi kararlaştırıldı.
— Erdoğan Dijital Medya (@RTEdijital) February 13, 2025
Cumhurbaşkanımız, Pakistan Başbakanı Şahbaz Şerif ile adının verilmesi onuruna hazırlanan tabelayı inceledi. pic.twitter.com/COByMdSCDu
Rəylər