BMT Baş katibi Pan Gi Mun aprelin sonunda Azərbaycan və Ermənistana ilk dəfə, Gürcüstana isə ikinci dəfə səfər etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a təşkilatın katibliyindəki mənbə bildirib.
“Mən dəqiq tarixi deyə bilmərəm, lakin səfər BMT-də iqlimə dair Paris sazişinin imzalanmasından sonra həyata keçiriləcək (aprelin 22-dən sonra)”, - mənbə bildirib.
BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bu səfər barədə məlumatı təsdiq və ya təkzib etməyib.