BMT-nin baş katibi Pan Gi Mun xatırlayır ki, aprelin 24-də bütün dünyada erməni xalqı və digər insanlar 1915-ci ilin faciəvi hadisələrinin 100 illiyini qeyd edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Nyu-Yorkda brifinqdə BMT baş katibinin mətbuat katibi Stefan Dyucarrik bildirib.
O, əlavə edib ki, Pan Gi Mun tamamilə anlayır ki, baş verənlərin qiymətləndirilməsi ilə bağlı məsələ olduqca həssas məsələdir.
“O, qəti əmindir ki, 1915-ci ilin faciəvi hadisələrinin anımı və baş verənlərlə bağlı faktların müyyən edilməsi üçün əməkdaşlığın davam etdirilməsi gələcəkdə bizim bu cür dəhşətli cinayətlərin törədilməsinin qarşısını almaq üçün kollektiv səylərini möhkəmləndirə bilər”, - bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, BMT əvvəlki kimi bu cür vəhşiliklərin qarşısının alınması ümün beynəxalq birliyin potensialını möhkəmləndirməyə hazırdır.
Вaş katib həmçinin Türkiyənin baş naziri Əhməd Davudoğlunun dünənki çıxışındakı uzaqgörənliyini qeyd edib. O, həmçinin türkləri və erməniləri iki ölkə arasında 2009-ci il protokoluna uyğun olaraq münasibətləri normallaşdırmaq üçün səyləri əsirgəməməyə çağırıb.