Panama Prezidenti Xose Raul Mulino Venesuela ilə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bütün akkreditə olunmuş panamalı diplomatlar Bolivar Respublikasını tərk edəcəklər.
"Panama Venesueladakı vəziyyəti müzakirə etmək üçün Amerika Dövlətləri Təşkilatının Daimi Şurasının iclasını tələb edəcək", - o əlavə edib.
Qeyd edək ki, iyulun 28-da baş tutan seçki ilə Venesuela lideri Nikolas Maduro yenidən prezident seçilib. Lakin müxalifət və bəzi xarici ölkələr Maduronun qələbəsini tanımayıblar.
Rəylər