İsveçin Ranseter şəhərində bir müştərilik restoran açılıb. Müəssisədə ofisiant yoxdur, yeganə masa isə sahənin tən ortasında yerləşdirilib. Müştəriyə yemək də təmassız formada – trosa bağlanmış zənbillə çatdırılır.
Bununla bağlı “LifeShot” Telegram kanalı maraqlı görüntülər yayımlayıb.
İdeya müəllifi olan gənc cütlük öz restoranlarını pandemiya dövrü üçün dünyanın ən təhlükəsiz yeri adlandırıb.