Fransada naməlum şəxslər Səudiyyə şahzadəsinin kortejinə silahlı basqın ediblər.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, fransız telekanalı BFM-TV-nin verdiyi məlumata görə, qarətçilər 250 min avro nağd pul, eləcə də avtomobili aparıblar.
Telekanalın məlumatına görə insident şəhərə girişdə baş verib – Səudiyyə Ərəbistanının səfirliyinə məxsus maşına bir neçə nəfər silahlı adam basqın edib. Puldan başqa onların əlinə şahzadənin sənədləri də keçib. Polisin məlumatına görə silah tətbiq edilməyib, zərərçəkən yoxdu. Basqınçılar hadisə yerindən uzaqlaşa biliblər. Hadisə araşdırılır.
Ruassi-Şarl de Qol və Le-Burje aeroportlarına aparan Parisin şimal əyalətindən keçən magistral ilk dəfə deyil ki, qalmaqallı qarət məkanı olur. Bu basqınlardan ən çox rezonans doğuranı 2010-cu ilin fevralında Kiyevin o zamankı meri Leonid Çernoveskinin qızı Kristinaya olan hücumdur. Qarətçi tıxacda ilişib qalan maşına hücum edərək, içində 4,5 milyon avroluq zinət əşyaları olan çantanı qızın əlindən almışdı.