Azərbaycan şou-biznesinin sevimlisi Manana bu günlərdə ikinci dəfə ana olub. Yaxınlarının verdiyi məlumata görə müğənninin oğlu dünyaya gəlib.
Oxu.Az xəbər verir ki, ana və körpə özlərini yaxşı hiss edirlər.
Xatırladaq ki, Manana 2008-ci ilin yanvar ayının 8-də ailə həyatı qurub. Elə həmin il onun Elizabet adlı qızı dünyaya gəlib. Adının mənası “Allaha inanan” deməkdir.
Oğullarının adını da öncədən fikirləşiblər. Amma adı hələ ki, sirr olaraq qalıb, müsahibələrinin birində Manana “oğlumun da adı dini ad olacaq, amma hələ ki, sirr qalsın” deyib.
www.oxu.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin