Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Parisdə Milad ərəfəsində yeni etiraz aksiyaları gözlənilir – VİDEO
Paris küçələrində Milad ərəfəsində yeni etirazlar gözlənilir. Fransanın nəhəng ticarət mərkəzləri olan “Galeries Lafayette”, “BHV Marais” və “Printemps” istirahət günlərində bağlı olacaq.
Oxu.Az xəbər verur ki, bununla bağlı “Euronews” məlumat verib.
Dünən Pərakəndə Ticarət Federasiyası məlumat yayıb ki, fransız satıcılar “sarı jiletlilər” aksiyası başlandığı gündən bu yana bir milyard avrodan çox maliyyə itirib. Şəhər meri Ann İdalqo bildirib ki, təkcə ötən şənbə günü şəhərə 3-4 milyon avro ziyan dəyib.
“İstirahət günlərində açıq qalmanın mənası yoxdur. Müştərilər gəlməyəcəklər, onlar qorxurlar. Görünür ki, onlar evdən çıxmayacaqlar...”.
Şəhərin polis rəisi Kristof Kastanet insanları təxribatlara uymamağa və aksiyalarda iştirak etməməyə çağırıb.
“Sosial şəbəkədə bəzi istifadəçilər mədəniyyət və memarlıq abidələrini dağıtmaq və ölkəni məhv etməklə bağlı çağırışlar edirlər. “Facebook”da həmçinin, “ən yaxşı polis – ölü polisdir” fikirlərinə rast gəlinir”, - o bildirib.
Rəylər