Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransadakı səfirliyimizdən xəbərdarlıq: Dekabrın 8-də evdən çıxmayın
Azərbaycanın Fransadakı səfirliyi artıq bir neçə həftədir davam edən etiraz aksiyalarının yaratdığı gərgin vəziyyətlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza sosial şəbəkə vasitəsilə müraciət edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, gərgin vəziyyətin davam etməsini nəzərə alaraq səfirlik Fransaya səfər edən və bu ölkədə olan Azərbaycan vətəndaşlarını baş verən iğtişaşlarla əlaqədar diqqətli olmağa, nümayişlərin keçirildiyi və “Sarı jilet”lilərin kütləvi şəkildə toplaşdığı məkanlara getməkdən çəkinməyə çağırıb.
Yerli KİV-lərdə gedən müzakirə xarakterli verilişlərə istinad edən səfirlik Azərbaycan vətəndaşlarına dekabrın 8-də evdən çıxmamağı məsləhət görüb.
Oxu.Az yeniləndi!