Fransanın paytaxtı Parisdə restoran biznesi ilə məşğul olan sahibkarlar Yay Olimpiya Oyunlarından gözlədikləri qazancı əldə edə bilməyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"ın Fransa paytaxtından hazırladığı videosüjetdə qeyd olunub.
Jurnalist bildirib ki, Fransanın dövlət qurumları ölkəyə 15 milyona yaxın turistin gələcəyini vəd etsə də, gözləntilər özünü doğrultmayıb.
Kanala müsahibə verən restoran sahibləri qeyd ediblər ki, uzun illərdir Fransada xidmət sektorunda fəaliyyət göstərsələr də, turistlərin sayı heç vaxt builki qədər az olmayıb.
Daha ətraflı videosüjetdə:
Parisdə restoranlar boş qalıb: Sahibkarlar müştərisizlikdən şikayətləniblər
Rəylər