Fransanın İslam şurasının rəhbəri və Paris məscidinin imamı Dalil Bubaker “Charlie Hebdo” satirik qəzetinə qarşı radikalların addımını kəskin qınayıb.
“Bu, məhvedici müharibənin elanıdır. Zaman dəyişib, biz qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq,” deyə Bubaker bəyan edib.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, Fransanın islam icması terroristlərin əməlini demokratiyaya təhlükə hesab edir.