Ermənistanın Lori vilayətinin qubernatoru Aram Kazaryan istefa verib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə hesabında bildirib.
Məmur başqa işə keçməsi ilə bağlı siyasi və partiya fəaliyyətinə son qoyduğunu elan edib.
Məlumata görə, Kazaryan daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın işdən azad etdiyi polis rəisi və daxili işlər nazirinin müavini, general-mayor Aram Ovanisyanı əvəz edəcək.
Ermənistanın daxil işlər nazirinin müavini, Ermənistan polisinin rəisi general-mayor Aram Ovanisyan vəzifəsindən azad edilib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin baş naziri Nikol Paşinyan imzalayıb.
Onun Paşinyanın təzyiqi ilə istefa ərizəsi yazdığı qeyd edilib.
