Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyası öz lideri Nikol Paşinyanın namizədliyini baş nazir vəzifəsinə irəli sürüb.
Oxu.Az xəbər verir ki, bu barədə partiyanın "Facebook" hesabında paylaşım edilib.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın namizədliyini təsdiqləyərək onu yenidən baş nazir təyin edib.
Bildirilib ki, təyinat respublika Konstitusiyasının 149-cu maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilib.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası ilə bağlı fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, fərman Ermənistan Konstitusiyasının 130-cu maddəsinə əsasən imzalanıb.
"Konstitusiyanın 130-cu maddəsini rəhbər tutaraq hökumətin istefası qəbul edilsin", - deyə sənəddə qeyd olunub.
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesablarında paylaşım edib.
* Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı
"Konstitusiyanın 158-ci maddəsinə uyğun olaraq, yeni seçilmiş parlamentin fəaliyyətinin ilk günü hökumət istefa verir", - deyə o qeyd edib.
Yayılan videoda Paşinyan hökumətin istefası ilə bağlı sənədi imzalayaraq Ermənistan prezidentinə təqdim edib.
Baş nazir vurğulayıb ki, istefa verən hökumətin üzvləri yeni hökumət formalaşana qədər öz səlahiyyətlərini icra etməyə davam edəcəklər. Onun sözlərinə görə, Ermənistan prezidenti yeni parlament fəaliyyətə başladıqdan dərhal sonra parlament çoxluğunun namizədini baş nazir təyin edəcək.
Qeyd edək ki, hökumətin istefası əvvəlcədən planlaşdırılmış prosedur çərçivəsində baş verib. Bu addım avqustun 2-də Ermənistanın IX çağırış yeni parlamentinin fəaliyyətə başlaması ilə əlaqədardır.
Xatırladaq ki, son parlament seçkisinin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49.7 faizindən çoxunu qazanıb. Bu nəticə partiyaya təkbaşına yeni hökumət formalaşdırmaq imkanı verir.