Ermənistan baş nazirinin mətbuat katibi Arman Eqoyan Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə Belarusdan olan namizəd Stanislav Zasla görüşünün mümkünlüyü ilə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, bu haqda “Armtimes.com” məlumat yayıb.
“Nikol Paşinyan Milli Təhlükəsizlik Şurasının katibi Stanislav Zasla KTMT baş katibi qismində görüşməyə hazır deyil. Buna qədər onunla hər hansı görüş keçirilməyibsə, deməli buna lüzum olmayıb”, -deyə Eqoyan bildirib.
Qeyd edək ki, cümə günü Belarus prezidenti Aleksandr Lukaşenko S.Zasla işgüzar görüş keçirərək, KTMT Kollektiv Təhlükəsizlik Şurasının S.Zasın təşkilatın baş katibi vəzifəsinə təyinatı haqqında qətnamə layihəsini imzalayıb.
Belarus prezidentinin mətbuat xidməti, Zasın Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan həmkarları ilə görüşlər keçirdiyini və həmin ölkələrin dövlət başçılarının ona dəstək olduğunu açıqlayıb.
Öz növbəsində Ermənistan baş naziri v.i.e. Nikol Paşinyanın mətbuat katibi A. Eqoyan belaruslu S.Zasın təyinatı ilə bağlı Kollektiv Təhlükəsizlik Şurasının qərarının Lukaşenko tərəfindən imzalanmasına münasibət bildirib. Eqoyan KTMT baş katibinin konsensus yolu ilə seçilməsinin vacibliyini vurğulayıb.
S.Zas özü isə qeyd edib ki, istənilən vaxt Ermənistan baş naziri v.i.e Paşinylanla görüşməyə hazırdır.
“Ermənistan baş nazirinin uyğun bildiyi istənilən vaxt ora gedib onunla, xarici işlər naziri və müdafiə naziri ilə görüşmək, onların təşkilatın fəaliyyəti ilə bağlı gördükləri problemləri və ya məsələləri müzakirə etməkdə, və bu problemləri həll etmək üçün işləri davam etdirməyə hazıram”, - deyə Zas vurğulayıb.
O konsensus yolu ilə KTMT baş katibi postuna təyinat alacağına ümidvar olduğunu bildirib.
Rəylər