Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyan Putinlə görüşməyə can atır
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Paşinyan səfər zamanı RF prezidenti VladimirPutinlə görüşə ümid edir.
“Yaxın günlərdə mənim Moskvaya səfərim gözlənilir. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Bu bizim üçüncü görüşümüz olacaq”, - Paşinyan Facebook səhifəsində canlı yayım zamanı deyib.
Erməni KİV yazır ki, Paşinyan sentyabrın 8-də Moskvaya gedə bilər.
Paşinyan həmçinin canlı yayım zamanı bildirib ki, Moskvada görüş zamanı Rusiya-Ermənistan münasibətlərində bir çox məsələlər müzakirə olunacaq.
Onun sözlərinə görə, son vaxtlar iki ölkə arasındakı əlaqələr çox müzakirə olunur.
“Mən deyə bilərəm ki, bügünkü Ermənistan-Rusiya münasibətlərini normal inkişaf edən iş prosesi kimi qiymətləndirirəm. Biz müxtəlif sahələrdən əməkdaşlığı davam etdiririk”, - Paşinyan yekunlaşdırıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Fransa və Aİ-nin revanşizmə dəstəyi: İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır
- Rusiyada yerli sakini hədələyən erməni polisdən qaçmaq üçün maraqlı üsul seçdi: "Gödəkçə"yə çevrildi
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- Paşinyanla Ermənistan XİN arasında xidməti avtomobil qalmaqalı
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
Rəylər