Əfqanıstanda Moldova şirkətinə məxsus helikopter qəzaya uğrayıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, Valan International Cargo Charter aviaşirkətinə məxsus MI-8 MTV helikopteri Mazari-Şərif şəhərindəki bazadan havaya qalxdıqdan bir müddət sonra yerə çırpılıb.
Helikopterin göyərtəsində Ukrayna vətəndaşı olan üç ekipaj üzvü və Əfqanıstan vətəndaşı olan 11 sərnişin olub. İki ekipaj üzvü və 10 sərnişin ölüb.