Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib.
Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışan bütün işçilər üçün ingilis dilinin məcburi edilməsi təklifinə cavab olaraq, Paşinyan deyib:
"Niyə məhz ingilis dili? Məsələn, mən hazırda İdarəetmə Akademiyasında rus dili dərslərində iştirak edirəm. Digərləri isə ispan, alman, Çin və ya yapon dillərini öyrənə bilərlər".
Xatırladaq ki, sentyabrın 1-də Bişkekdə keçirilən ŞƏT+ sammitində Ermənistan lideri bu cür tədbirlər tarixində ilk dəfə olaraq ermənicə çıxış etmişdi. O, MDB ölkələri liderləri arasında çıxışını rus dilində etməyən yeganə şəxs olmuşdu.