Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında nizamlanma üzrə Sülh Şurasının ilk iclasında iştirak etmək dəvətini qəbul edib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, baş nazir bunu ABŞ vitse-prezidenti Cey Di Venslə mətbuata birgə açıqlamasında bildirib.
"Mən Ermənistanın ABŞ administrasiyasının sülh təşəbbüslərini, o cümlədən Sülh Şurasının fəaliyyətini dəstəkləmək niyyətini bir daha təsdiqlədim. Qeyd etmək istərdim ki, Prezident Trampın Sülh Şurasının fevralın 19-da keçiriləcək ilk iclasında iştirak etmək dəvətini aldım və onu məmnuniyyətlə qəbul etdim", - deyə Paşinyan bildirib.