Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Paşinyanı “diktator” adlandırdılar
Son beş ayda Paşinyan və onun tərəfdarları Ermənistanda plüralizm fikirlərini öldürməyə çalışırlar.
Oxu.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib.
“Bəzi insanlar deyir ki, Paşinyan düzgün adamdır. İnsanları parlamentə aparmaq, həmkarlarını təhdid etmək, məhkəmə sistemini təzyiq altında saxlamaq düzgünlükdür? Əgər bütün bunlardan sonra onlar hələ də belə fikirləşirlərsə, mənim düzgünlük anlayışımla onlarınkı fərqlidir”, - o bildirib.
Şarmazanov əlavə edib ki, Ermənistanda nə etməsindən asılı olmayaraq, hamının düzgün hesab etdiyi insan olmamalıdır.
“Stalin də belə bir şəxsiyyət arzu edirdi. Biz hara gedirik?!”
Mətbuat katibinin sözlərinə görə, Ermənistanın sonu çatıb.
“Ermənistanda konstitusiya prinsiplərini və hakimiyyət bölgüsünü zorladılar. Ermənistanda ilk dəfə icra hakimiyyəti qanunverici hakimiyyətin ərazisinə soxuldu. Bonapart, Hitler də belə etmişdi. Bu, sondur. Ermənistanda plüralizm öldü. Bizdə baş nazir deyil, çar, diktator olacaq. Siz bunu istəyirdiniz? Zövq alın”, - o bildirib.
Oxu.Az yeniləndi!
"Ermənistan" teqi üzrə xəbərlər
- Fransa və Aİ-nin revanşizmə dəstəyi: İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır
- Rusiyada yerli sakini hədələyən erməni polisdən qaçmaq üçün maraqlı üsul seçdi: "Gödəkçə"yə çevrildi
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- Paşinyanla Ermənistan XİN arasında xidməti avtomobil qalmaqalı
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
Rəylər