Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Pedofil milyarderin qurbanları dünyanın ən böyük banklarını məhkəməyə verdilər
Milyarder Cefri Epşteyni cinsi təcavüzdə günahlandıran qadınlar Avropa və ABŞ-ın ən böyük bankları olan “Deutsche Bank” və “JPMorgan Chase & Co.”nu məhkəməyə verərək, maliyyə qurumlarının Epşteynin insan alverinə ortaq olduqlarını iddia ediblər.
İki iddia çərçivəsində zərərçəkmişlər maddi ziyanın ödənilməsini tələb edirlər İddialar cümə axşamı, noyabrın 24-də Nyu-York federal məhkəməsinə təqdim olunub.
Qadınlar vurğulayırlar ki, banklar müştəriləri ilə bağlı neqativ xəbərlərə məhəl qoymayıblar. Onların sözlərinə görə, cinsi istismar qurbanlarına məhz həmin banklar vasitəsilə pul ödənilib.
“Epşteynə həqiqətən kömək edənləri, xüsusən də insan alverində və zorakılıqda ayrılmaz rol oynamış varlı dostlarını və maliyyə institutlarını məsuliyyətə cəlb etməyin vaxtı çatıb”, - deyə hüquqşünaslardan biri Bredli Edvards bildirib. O, pedofil milyarderin təkbaşına hərəkət etmədiyini vurğulayıb.
“Deutsche Bank”ın nümayəndəsi iddianın əsassız olduğunu bəyan edib. “JPMorgan”ın sözçüsü isə şərh verməkdən imtina etdi.
Qeyd edək ki, Epşteyn 14 yaşlı qızlar da daxil olmaqla, qadınların cinsi istismarı və onlara qarşı zorakılıqla məşğul olan cinayət şəbəkəsi yaratmaqda günahkar sayılır. Bəzi məlumatlara görə, o, 2019-cu ilə qədər insan alveri ilə məşğul olub.
Amerikalı maliyyəçi 2019-cu ildə həbs olunduqdan qısa müddət sonra ölü tapılıb. Müvafiq kamera qeydləri isə yoxa çıxıb.
Mənbə: lenta.ru
Rəylər