ABŞ Kosmik Qüvvələri kosmik bazalı raketlərin hazırlanmasında ilk addımı atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Military Watch Magazine" nəşri yazıb.
Qeyd olunub ki, Pentaqon kosmosdan yalnız müşahidə və rabitə üçün deyil, aktiv müdafiə üçün də istifadə etmək istəyir. Məlumata görə, proqram digər təşəbbüslərlə, o cümlədən strateji bombardman üçün kosmik təyyarələrin hazırlanması ilə paralel həyata keçirilir.
Nəşrin bildirdiyinə görə, kosmik bazalı raketlərin yaradılması proqramı raketlərin yerləşdirilməsi mərhələsində onların qarşısını almağa yönəlib.