Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pentaqon rəhbəri Trampın bəhanəsini təkzib etdi
Pentaqon rəhbəri Donald Trampın Qasım Süleymaninin ABŞ səfirliklərinə hücum etməyə hazırlaşdığı barədə iddiasını təkzib edib.
“CBS News” kanalına müsahibə verən Mark Esper Qasım Süleymaninin ABŞ-ın dörd səfirliyinə hücum planı barədə onların kəşfiyyat məlumatlarına sahib olmadıqlarını söyləyib.
“Prezident konkret sübutlar gətirmədi. O, sadəcə, buna inandığını deyib. Mən dörd səfirliyə hücumla əlaqədar sübutları görməmişəm”, Mark Esper bildirib.
Lakin M.Esper öz müsahibəsində hücum ehtimalını tam olaraq inkar da etməyib. O, Qasım Süleymaninin son 20 ildə və 2019-cu il 31 yanvarda ABŞ-ın İraqda yerləşən səfirliyinə təşkil edilən hücumda rolunun olmasını istisna etməyib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp hərəkətə keçdi: Dünyada çaxnaşma yaradan USAID-in ləğvi niyə vacibdir?
- ABŞ-dən İsrailə 1 milyard dollarlıq silah satışı: Tramp administrasiyası Konqresdən xahiş edib
- ABŞ Kanadaya qarşı rüsumların tətbiqini dayandırır
- Orban: "Tramp indidən dünyanı alt-üst edib"
- Tramp Baydeni Ukraynaya pul paylamaqda ittiham etdi
Rəylər