ABŞ-nin ordu naziri Den Driskoll rəsmi şəkildə istefa ərizəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilib ki, Driskollun vəzifədən getməsinə hərb naziri Pit Heqsetlə davam edən uzunmüddətli gərginlik səbəb olub. Mənbələrin bildirdiyinə görə, tərəflər xidmətin aparılması ilə bağlı əsas məsələlərdə, həmçinin bir çox yüksəkrütbəli ordu zabitinin vəzifədən kənarlaşdırılmasına gətirib çıxaran kadr dəyişiklikləri siyasətində ortaq məxrəcə gələ bilməyiblər.
Driskollun yaxın bir neçə gün ərzində Pentaqondakı fəaliyyətini tamamilə yekunlaşdıracağı gözlənilir.
Bundan əvvəl NBC telekanalı məlumat yaymışdı ki, Driskoll sentyabr ayında istefa verməyi planlaşdırır. Telekanalın məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın administrasiyası nazirin ən azı ilin sonunadək öz vəzifəsində qalmasını istəyirdi.