Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov həyat yoldaşı Tatyana Navkanın doğum günü münasibətilə buz meydançasına çıxaraq onunla birgə rəqs edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Navkanın 50 yaşı tamam olub. O, yubileyini "Şoudan daha çox" adlı buz proqramı ilə qeyd edib.
Proqram zamanı Peskov al qızılgül dəstəsi ilə meydançaya çıxaraq onu Navkaya təqdim edib. Cütlük birlikdə rəqs edib, daha sonra Peskov birbaşa buz üzərində həyat yoldaşına sevgisini etiraf edib.