Vyetnamın Quanq Ninh əyalətinin Binh Lieu şəhərinin bəzi ərazilərində meşə yanğını baş verib.
Oxu.Az xəbər verir ki, bunu şəhər Xalq Komitəsinin sədri deyib.
Hazırda şəhərin bəzi yerlərində yanğın nəzarət altına alınıb. Ərazidə 300-ə yaxın insan işləyir. Lakin relyef və güclü külək səbəbindən bəzi ərazilərdə yanğın davam edir.
Qeyd olunur ki, dünən Halonq şəhərində də meşə yanğını baş verib. Yanğın yaxınlıqdakı evlərə də keçib. Lakin bir müddət sonra yağış yağmağa başlayıb və bunun sayəsində yanğın söndürülüb.
Statistikaya görə, fırtınadan sonra Quanq Ninh əyalətində 50-yə yaxın meşə yanğını baş verib.