Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp son söhbətlərində dəfələrlə İsrail və İran arasındakı münaqişəni müzakirə ediblər, lakin Birləşmiş Ştatların lideri rusiyalı həmkarına İrana zərbə endirmək niyyəti barədə məlumat verməyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
"Heç bir təfərrüatlı məlumat yox idi… İran mövzusu prezidentlər tərəfindən son danışıqlarda dəfələrlə müzakirə olunub, Rusiya tərəfindən müəyyən təkliflər səsləndirilib, lakin bu barədə birbaşa ətraflı məlumat olmayıb", - deyə Kremlin nümayəndəsi müvafiq sualı cavablandırarkən bildirib.