Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pis qidalanma intellektə zərər vurur
"Beynimiz ən sadə reflekslərdən tutmuş mürəkkəb düşüncə proseslərinə qədər bütün bədəni idarə edir, eyni zamanda bütün enerjinin 20 faizini sərf edir".
Oxu.Az xəbər verir ki, bunu "Gazeta" nəşrinə müsahibəsində rusiyalı bioloq və qida sahəsi üzrə mütəxəssis Artyom Yaşin deyib.
O qeyd edib ki, beynin qidalanması üçün müxtəlif qida maddələrinin - vitaminlər, minerallar, amin turşuları, yağ turşuları tələb olunur.
"Hətta onlardan birinin çatışmazlığı yaddaşa, konsentrasiyaya, məlumatın emal sürətinə və intellektual potensiala təsir edən idrak funksiyalarının nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb ola bilər" - deyə mütəxəssis qeyd edib.
O əlavə edib ki, koqnitiv qabiliyyətləri qorumaq üçün bitki qidalarına, zeytun yağına və yağlı balıq məhsullarına müraciət edilməlidir.
"Qida" teqi üzrə xəbərlər
- Norveçdən bütün dünyanı doyurmaq üçün maraqlı təklif
- Hansı qidalar xərçəngin inkişafına səbəb ola bilər? - Rusiyalı mütəxəssisdən açıqlama
- Türkiyəli mütəxəssisdən maraqlı açıqlamalar: Hansı qidaları birlikdə yemək olmaz?
- Hazır bulyonlar orqanizmə necə təsir edir?
- Bakıda 117 obyektdə pozuntular aşkarlanıb