Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
“Kürdüstan Azadlıq Şahinləri” qruplaşması terror aktının Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın kürdlərə qarşı siyasətinə cavab olduğunu bildirib
Yaraqlılar əlavə ediblər ki, hücumlarını davam etdirəcəklər.
Qeyd edək ki, fevralın 17-də Ankaranın mərkəzində törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.