Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda binanın uçması nəticəsində üç türk hərbçisi ölüb, daha dördü xəsarət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
“Surada antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı çökən binada olublar. Onlardan dördü yüngül xəsarət alıb, üçü isə vəfat edib”, - məlumatda deyilir.
14:56
Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda terrorçuların zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin 12 nəfərdən ibarət bölüyünün yerləşdiyi köhnə bina məlum olmayan səbəblərdən uçub.
Oxu.Az haberler.com-a istinadən xəbər verir ki, binanın dağıntıları altında qalan xüsusi təyinatlılardan 9-u xilas edilib, digər 3 nəfər isə axtarılır.
Xilasetmə işlərinin davam etdiyi bir zamanda bölgədə baş verə biləcək mümkün terror hücumlarının qarşısını almaq üçün tədbir görülür.