Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Polad Bülbüloğluya Aleksandr Nevski ordeninin təqdim olunmasının görüntüləri
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri Polad Bülbüloğluya Vladimir Putinin fərmanı əsasında "Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə" Aleksandr Nevski ordenini təqdim edib.
Oxu.Az bildirir ki, təqdimat mərasimindən görüntüləri Rusiya mətbuatı bu gün yayıb.
P.Bülbüloğlu öz növbəsində onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür edib.
Qeyd edək ki, Polad Bülbüloğlu 2006-24-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, 2024-ci ilin sentyabr 1-dən Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə millət vəkili seçilib.

"Polad Bülbüloğlu" teqi üzrə xəbərlər
- Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
- Xalq artisti Ceyhun Mirzəyevin qızına görə nazirliyə çağırış etdi
- "Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti" mövzusunda dəyirmi masa keçirilib
- Leyla Əliyeva Maqsud İbrahimbəyovun yaradıcılıq gecəsində iştirak edib
- Valentina Matviyenko Azərbaycana rəsmi səfərə gəlib