Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cəzası bitməmiş yenidən məhkum oldu
12 saylı cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin cinayət işinin məhkəmə istintaqı başa çatıb.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Azər Şalıyevə hökm oxunub. O, 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ülgüclə ağır xəsarət yetirib.
Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq hər iki şəxsin cəzasının bitməsinə 3 il qalmışdı. Belə ki, Azər Şalıyev 10 il əvvəl quldurluq, xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmə əsasən, 13 il müddətinə azadlıqdan məhrum edilib, Şəhriyar isə qəsdən adam öldürmə maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib.
"Qəsdən adam öldürməyə cəhd" teqi üzrə xəbərlər
- Bacısını amansızlıqla öldürənə HÖKM OXUNDU
- Həbsxanada məhkum yoldaşına ülgüclə xəsarət yetirən şəxsin cəzası ÜÇQAT AĞIRLAŞDIRILDI
- Keçmiş arvadını öldürmək istəyən şəxslə bağlı qərar dəyişdi
- Həyat yoldaşını öldürmək istəyən şəxsə HÖKM OXUNDU
- Salam vermədiyinə görə tanışına 14 bıçaq vuran şəxsə ad günündə HÖKM OXUNDU