Rusiyanın Ryazan şəhərində polis əməkdaşları insanların koronavirusla əlaqədar karantin qaydalarına riayət etməsi üçün maraqlı üsula əl atıblar.
REN TV xəbər verir ki, polis avtomobillərindən təşkil olunmuş kortej sayrışan işıqlarını yandıraraq, şəhərin mərkəzi hissəsində dövrə vurub.
Son rəsmi məlumata əsasən, Rusiyada koronavirusa yoluxanların sayı 3 548 nəfərdir. Virus qurbanlarının sayı isə 30 nəfərə çatıb.