Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Polisə Cənubi Koreya prezidentini həbs etmək hüququ verildi
Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi prezident Yun Sok Yola qarşı həbs qərarının icrasını polisə təhvil verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Koreya Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi yayıb.
Qeyd edək ki, ötən ilin dekabr ayının 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi tələbi ilə prezidentin həbsinə order verib. Orderin müddəti bu gün sona çatır.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər