Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Politoloq: “Azərbaycan Bolqarıstan üçün arzuolunan, etibarlı və prioritet tərəfdaşa çevrilib”
“Bolqarıstan Avropa və Asiya arasında ticarətin inkişafına töhfə verəcək nəqliyyat kommunikasiyaları sahəsində Azərbaycanla ikitərəfli əlaqələrin daha geniş inkişafında maraqlıdır”.
Bunu “Report”a açıqlamasında politoloq, Bolqarıstan Siyasət Məktəbinin icraçı direktoru İvan Naçyev deyib.
Politoloqun fikrincə, Bakı ilə Sofiya arasında birbaşa uçuşların bərpası sahibkarlar və iki ölkə vətəndaşları arasında əlaqələrin genişləndirilməsinə kömək edəcək.
İ.Naçyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Bolqarıstana bu yaxınlarda səfərinin əməkdaşlığın dərinləşməsinə növbəti töhfə olacağını vurğulayıb:
“Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əla münasibətlər mövcuddur və intensiv siyasi dialoq aparılır”.
Ekspertin sözlərinə görə, 2015-ci ildə Bakı ilə Sofiya arasında qurulmuş strateji dialoq tərəfdaşlıq sahələrinin genişləndirilməsi üçün ilkin şərtdir:
“Azərbaycan Bolqarıstan üçün arzuolunan, etibarlı və prioritet tərəfdaşa çevrilib. İndi iki qanunverici orqanın müxtəlif parlament komitələri arasında dialoq qurmağın vaxtıdır”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- ABŞ və Ermənistan arasında imzalanacaq sənəd Tramp hakimiyyəti dövrünün arxivinə göndəriləcək?
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- Prezident müsahibəsində anti-Azərbaycan mövqeyində olanlara açıq mesajlar ünvanlayıb
- Qərbi azərbaycanlıların yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
Rəylər