Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Polşada nadir qara canavarlar görüntüləndi
Polşada meşə massivlərindən birində nadir qara canavarlar görüntülənib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN nəşri məlumat verib.
"Bu, nədirsə, yeni və qeyri-adi bir şeydir", - deyə "SAVE Wildlife Conservation Fund Poland" layihəsinin koordinatoru Coanna Toçidlovskaya bildirib.
Məlumata görə, ekspertin qunduzları araşdırmaq üçün quraşdırdığı kameraya çayı keçmək istəyən qara canavarlar düşüb.
Polşada 13 ildir canavarların müşahidəsi ilə məşğul olan Təbiəti Mühafizə Təşkilatı canavarları brakonyerlərdən qorumaq üçün meşənin yerini açıqlamır.
Polşadakı 2 500-3 000 canavardan əksəriyyəti üzərində kürən və ya qara çalarların da olduğu boz rəngli canavarlardır. Qara xəz isə minlərlə il əvvəl əhliləşdirilmiş itlərdə baş verən genetik mutasiyanın nəticəsidir.
"Polşa" teqi üzrə xəbərlər
- Polşa prezidentliyinə namizəddən LGBT sərgisinə etiraz: "Pozğunluğun təbliğatına son qoyun!"
- Baltikyanı ölkələr Ottava Konvensiyasından çıxdılar
- Polşa Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılmasını alqışlayır
- Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı
- Polşa prezidenti ABŞ-dən nüvə silahı istədi