ABŞ dövlət katibi Maykl Pompeo Amerika Birləşmiş Ştatlarının İŞİD terrorçu qruplaşmasının 99 faizini məhv etdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu bəyanatı Pompeo Əmmana yollanan zaman təyyarədə jurnalistlərə verdiyi açıqlamada səsləndirib.
Pompeonun sözlərinə görə, ABŞ Suriyada “son dərəcə uğurlu hərbi kampaniya” keçirib.
O bildirib ki, Birləşmiş Ştatlar əvvəlki administrasiyanın (Barak Obamanın administrasiyası nəzərdə tutulur - red.) dövründəki kimi, İŞİD-in güclənməsinə yol verməmək üçün regionda hadisələrin inkişafını yaxından izləməyə davam edəcək.
“Biz “xilafət”in 99 faizini məhv etmişik. Bütün xəbər materialları bununla başlamalıdır. Mənimlə razı deyilsiniz?”, - deyə Pompeo bildirib.