Ukrayna prezidenti Pyotr Poroşenko Malayziya təyyarəsinin Ukraynadakı qəzasını terror aktı adlandırıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Poroşenko vurulub salınmış təyyarə haqqında deyib:
“Bu hadisə qəza deyil, bu, terror aktıdır”.
Prezidentin mətbuat katibi Svyatoslav Tseqolko öz Twitter səhifəsində yazıb. Malayziya hava yolları bildiriblər ki, Amsterdamdan uçan təyyarə ilə rabitə Ukrayna hava məkanında kəsilib. Təyyarə Donetsk vilayətinin Snejnoye yaşayış məntəqəsinin yaxınlığına düşüb.