Ukrayna Mərkəzi Seçki Komissiyası mayın 25-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb.
Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, MSK Pyotr Poroşenkonu rəsmən Ukrayna prezidenti elan edib.
O, 54,7% (9 milyon 857 min 308) səs toplayıb. Yekun protokolu MSK-nın 15 üzvünün hamısı imzalayıb.
İyunun 7-də P. Poroşenkonun andiçmə mərasiminin keçirilməsi gözlənilir.