Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Portuqaliyada prezidentliyə namizəd səhnədə infarkt keçirdi
Portuqaliyada prezidentliyə namizəd, "Chega" Partiyasının lideri Andre Ventura Tavirdəki mitinqdə çıxışı zamanı özünü pis hiss edib. O, nitqinin ortasında gözlənilmədən dayanıb, sinəsini tutub, səndələyib, bundan sonra komanda yoldaşları köməyə çataraq, onu qucaqlarında səhnədən düşürüblər.
Oxu.Az-ın yerli mediaya istinadla verdiyi məlumata görə, prezidentliyə namizəd dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlər Venturanın səhnədə infarkt keçirdiyini bildiriblər.
Daha sonra "Chega" parlament fraksiyasının rəhbəri Pedro Pinto çıxış edib və onun həyati təhlükəsi olmadığını bəyan edib.
"Portuqaliya" teqi üzrə xəbərlər
- Kriştianu Ronaldu Donald Trampa imzalı köynək hədiyyə edib
- Portuqaliya minifutbol yığmasının meneceri: "Azərbaycan dünya çempionatının favoritidir"
- XV əsrə aid kilsənin uçmuş divarı arasında dəhşətli tapıntı
- Dünyada ən sürətli futbolçu kimdir?
- Kriştianu Ronaldunun oğlu Portuqaliya millisində debüt matçına çıxıb
Ən çox oxunanlar