Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"El Klasiko"da rəqibi ələ salan "Barselona" azarkeşləri klubun cəzalandırılmasına səbəb ola bilərlər
"El Klasiko"da "Barselona" azarkeşlərinin təhqiramiz şüarları ilə bağlı məlumat Rəqabət Komitəsinə və Zorakılıqla Mübarizə Komissiyasına (RFEF) göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytında məlumat paylaşılıb.
Görüş zamanı azarkeşlərin bir sıra təhqiramiz şüarlara yol verdikləri vurğulanır. Matç bitdikdən bir dəqiqə sonra bəzi "Barselona" azarkeşləri təxminən səkkiz saniyə ərzində "Real"ın axmaqları, çempionu alqışlayın" şüarları səsləndiriblər.
La Liqa saytının məlumatına görə, bu cür şüarlar həm RFEF İdman İntizamı Məcəlləsində, həm də İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüklə Mübarizə Qanununda göstərildiyi kimi qadağan edilmiş və cəzalandırılmalı kimi təsnif olunur.